İKT

Alimlər rəngli süni elektron dəri hazırlayıblar
07 AVQUST
81

Alimlər rəngli süni elektron dəri hazırlayıblar

2018-08-07 10:43:00

Çin alimləri çox nazik, elastik və keçiricilik qabiliyyətinə malik maddə olan qrafen əsasında rəngli süni elektron dəri hazırlayıblar. Dəri sağlamlıq vəziyyətinin monitorinqi üçün daşınan elektron qurğu kimi işləyə bilir.

Fins.az belta.by saytına istinadən xəbər verir ki, “E-skin” adlı elektron dərinin hazırlanmasında insan dərisinə bənzəyən və təzyiq, temperatur və dartılmanı hiss edə bilən elastik elektron materialdan istifadə olunub. Suyun köməyilə elektron dəri yalnız insan bədəninə deyil, həm də yarpaq və ipək kimi obyektlərə köçürülə bilər.

Elektron dərini insan dərisinə, həmçinin tənəffüs, ürək döyüntüsü və səs daxil olmaqla, bədən siqnallarının ölçülməsi üçün boğaza bərkitmək olar. Yüksək həssaslığa malik olan elektron dəri yüksək temperatura davam gətirir və daşımaq üçün olduqca rahatdır.

Alimlər elektron dərinin səhiyyə və süni intellekt sahələrində tətbiq üçün böyük imkanlara malik olduğuna əmindirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253