İKT

Facebook şirkəti tanışlıq servisi Facebook Dating tətbiqinin testinə başlayıb
06 AVQUST
147

Facebook şirkəti tanışlıq servisi Facebook Dating tətbiqinin testinə başlayıb

2018-08-06 16:42:00

Amerikalı tərtibatçı Jane Wong öz Twitter hesabında Facebook Dating adlı tanışlıq tətbiqinin yeni fotolarını paylaşıb. Wong sözügedən tətbiqdə yalnız qeydiyyatdan keçməyi və təqdim olunmuş anketi doldurmağı bacarıb. Tətbiqin funksiyalarından istifadə etmək isə mümkün olmayıb. Onun sözlərinə əsasən yeni tətbiqdəki istifadəçi hesablarını hələki Facebook əməkdaşları aktivləşdirə bilərlər. Bunu həmçinin tətbiqdə ortaya çıxan ilk səhifədəki məlumat da təsdiqləyir:

    “Tətbiq yalnız ABŞ-dan olan Facebook əməkdaşları üçün aktivdir. Onlar servisin testində, bug-ların və interfeysdəki narahat özəlliklərin tapılıb aradan qaldırılmasında iştirak edirlər”. Elanda həmçinin qeyd olunub ki, sözügedən tətbiq iş yoldaşları ilə görüşlər üçün nəzərdə tutulmayıb və şirkət davranış normalarını pozmuş əməkdaşları cəzalandıracaq. Test iştirakçılarından isə tətbiqdə özləri barədə düzgün olmayan məlumatların qeyd olunması tələb olunur. Şirkət həmçinin söz verir ki, həmin məlumatlar servisin işə salınması vaxtı silinəcək.

    Beləliklə təqdim olunmuş yeni fotolardan da görmək olar ki, istifadəçi Facebook Dating servisindəki səhifəsini Facebook-dakı dostlarına göstərib-göstərməmək üzrə seçim edə biləcək. Bununla yanaşı istifadəçi öz dostlarının dostları ilə görüşlərdən də azad olacaq. Səhifənin yaradılması zamanı istifadəçi öz cins seçimində təkcə kişi və qadın deyil həmdə transgender qadın və transgender kişi kimi variantları da seçə biləcək. Bu cür variantlar həmçinin potensial partnyor axtarışı sistemində də var.

    Bundan əlavə olaraq öz cins seçimi və axtarış zamanı potensial partnyorun cins üstünlükləri Facebook Dating servisinin digər istifadəçiləri üçün görünməyəcək. Bundan əlavə olaraq Wong sözügedən tətbiqdə Conversation Starter adlı funksiya da aşkar edib. Onun fikrincə bu funksiyadan ünsiyyətin qurulmasında istifadə olunacaq. Facebook isə bu tanışlıq servisinin şirkət daxilində test olunduğu xəbərini təsdiqləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254