İKT

“WhatsApp”da ödənişli mesajlar gəlir - YENİLİK
03 AVQUST
158

“WhatsApp”da ödənişli mesajlar gəlir - YENİLİK

2018-08-03 09:43:00

Biznes istifadəçilər “WhatsApp” messencerində müştərilərə reklam və xidmət xarakterli mesajların göndərilməsi üçün ödəniş etməli olacaqlar.

Fins.az xəbər verir ki, “WhatsApp” şirkəti müştərilərlə ünsiyyət saxlamaq üçün daha güclü vasitələrə ehtiyac duyan şirkətlər üçün böyük imkanların təqdim edildiyini açıqlayıb:

“Şirkətlər bəzi mesajları göndərmək üçün ödəniş etməli olacaq, beləliklə, şirkətlər göndəriləcək mesajlara fərqli yanaşmalı olacaq və çatda qarışıqlıq olmayacaq. Bundan başqa, mesajlar əvvəlki kimi “end-to-end” şifrlənməsi ilə qorunur və istənilən şirkəti bloklamaq mümkündür”.

“Röyters” agentliyinin məlumatına görə, şirkətlərin mesajlarının qiyməti ölkədən asılı olaraq 0,5-9 sent təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256