İKT

“Apple” qurğularının qiyməti bahalaşa bilər
02 AVQUST
120

“Apple” qurğularının qiyməti bahalaşa bilər

2018-08-02 13:24:00

"Apple" şirkəti ABŞ və Çin arasında "ticarət müharibəsi" ilə əlaqədar qurğuların qiymətini qaldıra bilər. Belə ki, ABŞ Prezidenti Donald Tramp Çin malları üçün 10 faiz məbləğində rüsum tətbiq etməyi planlaşdırır. Bu, Çinin ABŞ mallarına görə sanksiyaya cavab reaksiyasıdır.  
 
Fins.az Elektron Xəbər Xidməti "Rambler www.rambler.ru" resursuna istinadən yazır ki, "Apple" qurğularının Çində yığılmasına (Assambled in China) görə şirkətin texnikası Çinin ixrac məhsulu hesab edilir və ABŞ Prezidentinin sanksiyaları istehsalçının texnikasının qiymətinə ciddi zərbə vura bilər.
 
Məlumata görə, ilkin olaraq "Apple Watch", "HomePod" və "AirPods" qurğularının qiyməti bahalaşacaq. "iPhone" və "Mac" qurğularının ilkin vaxtlarda qiymətlərinin bahalaşmayacağı gözlənilir.
 
Bildirilir ki, lakin bu, problemin yalnız bir tərəfidir. Digər tərəfdən isə Çin bazarı "Apple" üçün böyük əhəmiyyət (şirkətin burada bazar payı 9 faiz təşkil edir) kəsb edir və Çin ABŞ Prezidentinin sanksiyalarına cavab olaraq "Apple" şirkətinə aid xüsusi sanksiyalar tətbiq edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256