İKT

“Əşyalar interneti” 5 il sonra dünyanı necə dəyişdirəcək?
01 AVQUST
182

“Əşyalar interneti” 5 il sonra dünyanı necə dəyişdirəcək?

2018-08-01 11:41:00

Müasir texnologiyalar dünyanı dəyişdirməyə davam edir. Vaxtilə kompüter və internet, daha sonra smartfonlar həyatımıza böyük təsir göstərib. İndi isə pilotsuz uçan aparatlar, blokçeyn və “əşyalar interneti” gündəlik həyatımıza daxil olur.
Fins.az “ICTnews”a istinadən xəbər verir ki, “Business Insider” nəşrinin proqnozuna görə, 2023-cü ilədək istehlakçı, biznes və hökumət təşkilatları tərəfindən 40 milyard “ağıllı” qurğu istifadədə olacaq. Söhbət yalnız “ağıllı” kolonka və lampalardan getmir. “Ağıllı” qurğular bazarın hər bir seqmentinə qoşulmağa hazırdır və 5 il sonra bu, reallaşacaq.
İstehlak bazarında “ağıllı” qurğuların evlərdə tətbiqi davam edəcək. Simsiz qoşulmanın köməyi ilə idarə olunacaq lampalar, kolonkalar və məişət cihazları sırasına geyim və ayaqqabı da əlavə olunacaq.
Təşkilatlarda “ağıllı” qurğular avtomatlaşdırma rolunu oynamağa davam edəcək. Ofis və istehsalda eyni cihazlardan istifadə ediləcək, amma onlar daha “ağıllı” və sərbəst olacaq.
2023-cü ilədək hökumət təşkilatları “ağıllı” şəhərlərin inkişafını stimullaşdırmaqla məşğul olacaq. “Ağıllı” izləmə kameraları, şəhər işıqları və sayğaclar cinayətkarlıqla mübarizə aparacaq və kommunal xidmətlərin idarə edilməsini asanlaşdıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256