İKT

Günəş paneli sayəsində telefon enerjisiz qalmayacaq
30 İYUL
178

Günəş paneli sayəsində telefon enerjisiz qalmayacaq

2018-07-30 14:21:00

Xarici məkanlarda enerji probleminə həll olaraq incə və yüngül portativ günəş panelləri alternativ daşına bilən enerji cihazı olaraq bazarda yerini alacaq. Ağıllı dizaynıyla indidən lazım olan maliyyənin yarısını yığdı.
Fins.az xəbər verir ki, vaxtının çoxunu səyahət edərək keçirənlər üçün mobil cihazları enerji ilə təmin etmək, yaşanan ən böyük problemlərdən biridir. Bu kiçik portativ günəş panelləri, səyahət əsnasında cihazları enerji ilə təmin etmək üçün məşhur bir variant halına gəlir. Günəş enerjisi cihazı bel çantanızda daşıya biləcəyiniz ağıllı dizayna sahib və uzun davamlı enerji imkanı təmin edir.
Soul Solar Scroll cihazı Kickstarterdə bazara təqdim edildi. Cihazın istehsala keçməsi üçün əldə edilməsi lazım olan maliyyənin haradasa yarısını bir həftə içində yığdı.
Solar Scroll mobil cihazların enerji probleminə yüngül və asan bir həll olaraq hazırlandı. 5,400 mAh batareya və sürətli bir USB portuna sahib cihaz, 1 ya da 2 dəfə ağıllı telefonu enerji ilə təmin etmək gücünə sahibdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259