İKT

“Facebook” internetin paylanması üçün peyk buraxacaq
30 İYUL
117

“Facebook” internetin paylanması üçün peyk buraxacaq

2018-07-30 10:00:00

“Facebook” sosial şəbəkəsi Yer kürəsinin çətinliklə gedilə bilən guşələrinin internetlə təmin olunması təşəbbüsünü irəli sürüb.

Fins.az xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilir.

“Hazırda yeni “Athena” (“Afina”) internet-peykinin yaradılması ilə bağlı ciddi tədbirlər görülür. İndi biz layihə haqqında konkret danışa bilmirik, lakin belə düşünürük ki, peyk texnologiyaları növbəti nəslin genişzolaqlı internet infrastrukturunun inkişafında vacib rol oynayacaq. Belə ki, peyk şəbəkəyə girişin məhdudlaşdırıldığı və ya heç olmadığı ucqar kəndləri internetlə təmin edəcək” - deyə qeyd olunur.

Xatırladaq ki, peyk sənayesi daha çox özəl şirkətlərin diqqətini cəlb edir. Məsələn, Elon Maskın “SpaceX” şirkəti “Starlink” peyk sistemini hazırlayır ki, bu sistem bütün Yer kürəsini genişzolaqlı şəbəkə ilə əhatə edən bir neçə min peykin orbitə çıxışını nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259