İKT

Ən kiçik kondisioner yaradıldı
28 İYUL
377

Ən kiçik kondisioner yaradıldı

2018-07-28 22:01:00

Çin mühəndisləri “Arctic Air” adlı dünyanın ən kiçik kondisionerini yaradıblar. 16х16х17 qabaritə malik yeni qurğu işinin öhdəsindən yaxşı gəlir.

Fins.az xəbər verir ki, havaötürən və havaçıxaran prinsipi üzrə işləyən kondisioner iki ventilyatora malik olmaqla, isti havanı su filtri vasitəsilə buraxır və soyuq havanı üfürür.

Su filtrinin maye tutumu 750 millilitr təşkil edir ki, bu da qurğudan su tam buxarlanıb qurtaranadək 8-9 saat istifadə etməyə imkan verir. Ventilyatorların səsi təxminən 68 desibelə bərabərdir. Bu, ondan yataq otağında istifadəyə şərait yaradır.

Səkkiz yüz qram çəkisi olan portativ kondisioneri istifadəçi özü ilə işə apara bilər. “Arctic Air” kondisioneri həm USB-yə, həm də rozetkaya qoşularaq istifadə olunur.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256