İKT

“Instagram”da hər paylaşıma görə 640 min avro
28 İYUL
406

“Instagram”da hər paylaşıma görə 640 min avro

2018-07-28 21:52:00

 İtaliyanın “Yuventus” komandasının futbolçusu Kriştianu Ronaldu “Instagram” hesabındakı hər paylaşımına görə 640 min avro qazanır.

Fins.az  xəbər verir ki, 32 yaşlı hücumçu bu göstəriciyə görə dünyada üçüncüdür. Portuqaliyalı forvard model Kayli Cenner (853 min avro) və müğənni Selena Qomesdən (682 min avro) geri qalır.

İlk “10-luq”dan Fransa təmsilçisi PSJ-nin braziliyalı hücumçusu Neymar (512 min avro) və İspaniyanın “Barselona” komandasının argentinalı kapitanı Lionel Messi də yer alıb (426 min avro).

Qeyd edək ki, bir müddət əvvəl “Real Madrid”dən “Yuventus”a 112 milyon avroya transfer olunan Ronaldunun “Instagram”da 137 milyon izləyicisi var.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259