İKT

Yeni “iPhone 9” bu rənglərdə ola bilər
27 İYUL
172

Yeni “iPhone 9” bu rənglərdə ola bilər

2018-07-27 13:47:00

ABŞ-ın “Apple” şirkətinin yeni cihazının nümayişi bu ilin sentyabr ayında baş tuta bilər.
Fins.az xəbər verir ki, istifadəçiləri 6,1 düym ekranlı 8 GB-a qədər artırılmış əməliyyat yaddaşı olacaq aparat gözləyir. O, müasirləşdirilmiş multisensorlu 3D-kamera ilə təchiz ediləcək.
Tərtibatçılar yeni məhsulu bu gün sürətlə populyarlıq qazanan Virtual Reallıq (VR) texnologiyasına adaptasiya etməyə çalışacaqlar. Bu xüsusiyyət “iPhone 9” smartfonunu hazırda kupertinyoluların tərtibatı ilə məşğul olduğu VR-dəbilqəyə qoşmağa imkan verəcək.
İlkin məlumatlara əsasən, yenilik altı rəngdə satışa çıxarılacaq. Bu, sarı, qara, göy, ağ, açıq-narıncı və boz rənglər olacaq. Ancaq digər mənbələrin məlumatına əsasən, əlavə olaraq qırmızı rəngli telefonun da nümayişi baş tuta bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251