İKT

“Samsung” sınmayan OLED-ekran yaratdı
27 İYUL
139

“Samsung” sınmayan OLED-ekran yaratdı

2018-07-27 11:56:00

Cənubi Koreyanın “Samsung” şirkəti sınmayan OLED-ekran təqdim edib.

Fins.az-ın xəbərinə görə, istehsalçı bildirib ki, ekran 1,8 metr hündürlükdən yerə düşməyə dözümlüdür, hər hansı qırılma, çatlama olmur.  

OLED-ekran artıq sınaqlardan keçib və ABŞ-ın Əməyin Mühafizəsi İdarəsindən sertifikat alıb.

Ekranın tərkibi əyilgən və qırılmayan qəlib və möhkəmlik verən elementlərdən ibarətdir. Daha bir xüsusiyyət ondan ibarətdir ki, ekran geniş temperatur diapazonunda – Selsi üzrə mənfi 32 dərəcədən müsbət 71 dərəcəyə qədər temperaturlarda çalışa bilir.

Hərbi standartlar baxımından aparılan testlər də uğurla nəticələnib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255