İKT

“Xiaomi” ən bahalı məhsulunu buraxdı
27 İYUL
164

“Xiaomi” ən bahalı məhsulunu buraxdı

2018-07-27 10:03:00

Məhsullarının müxtəlifliyi ilə təəccübləndirən “Xiaomi” şirkəti özünün ən bahalı məhsulunu buraxıb. 

Fins.az-ın məlumatına görə, bu, tam bir ev mebeli dəstidir. 
“Gaoya Whole House Set” dəsti “Master Tong” brendi ilə müştərək yaradılıb və gənc insanlar üçün nəzərdə tutulub. Ora 25 mebel əşyası daxildir ki, onunla da istənilən Çin evini quraşdırmaq mümkündür. Bura qonaq otağı və mətbəxdən tutmuş, yataq və kabinet mebeli daxildir. Bunu nəzərə alaraq dəstə televizor altı dolab və jurnal masası, yemək masası və stullar, yumşaq künc divanı, ayaqqabı və paltar üçün şkaf, ikiyerli yataq və tumbalar, yazı masası və kitab şkafı, həmçinin digər əşyalar daxildir.
Qeyd edilir ki, material qismində təbii ağacdan və dəridən istifadə edilib. Latundan olan furnitura isə qızılı suya çəkilib. Bu dəstin qisməti 4500 dollardır. Onun tədarükünə oktyabrın 7-dən başlanılacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256