İKT

“Samsung” oyun həvəskarları üçün smartfon istehsal edəcək
26 İYUL
137

“Samsung” oyun həvəskarları üçün smartfon istehsal edəcək

2018-07-26 14:36:00

Videooyunlar bazarına daxil olmağa hazırlaşan Cənubi Koreyanın "Samsung" şirkəti oyun həvəskarları üçün smartfon üzərində çalışır.

Fins.az xəbər verir ki, hazırda şirkət proqram təminatı tədarükçüləri ilə danışıqlar aparır. İstehsalçı oyun qurğusu buraxmaqla xüsusi oyun smartfonlarına böyük tələbatın olduğu Çin bazarında zəifləyən mövqeyini möhkəmlətmək niyyətindədir. Mobil qurğunun nə vaxt təqdim ediləcəyi barədə məlumat verilmir.

Qeyd olunur ki, smartfonlar bazarında hazırda videooyun həvəskarları üçün bir neçə smartfona rast gəlmək mümkündür. Onlardan biri xüsusi oyun rejiminə malik "Xiaomi Black Shark" smartfonudur. Mütəxəssislər onu "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən ən məhsuldar smartfon hesab edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259