İKT

48 meqapiksel kameralı smartfon buraxılır
25 İYUL
128

48 meqapiksel kameralı smartfon buraxılır

2018-07-25 10:48:00

Yaponiyanın “Sony” şirkəti unikal 48 meqapiksel kameraya malik smartfon buraxacaq. 
Fins.az xəbər verir ki, “Sony” çəkil həvəskarlarını təəccübləndirməyə hazırlaşır. Yaponiyalı tərtibatçılar telefonu unikal 48 meqapiksel kamera ilə təchiz etmək niyyətindədirlər. 
Bunun üçün artıq onlar IMX586 görüntü ötürücüsü sensoru hazırlayıblar. Keyfiyyətli şəkillər dünyada ən kiçik pikselin sayəsində alınır ki, onun da uzunluğu cəmi 0,8 mikrometr təşkil edir.
“Sony”nin yeni cihazının sahibi saniyədə 30 kadr çəkə biləcək. Onun ölçüsü isə 8000X6000 nöqtə olacaq. 
Təxmin edilir ki, smartfon 2019-cu ildə bazara çıxarılacaq. Onun qiyməti isə hələlik sirr olaraq saxlanılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259