İKT

“PlayStation 4”ün “ölüm” tarixi açıqlandı
23 İYUL
278

“PlayStation 4”ün “ölüm” tarixi açıqlandı

2018-07-23 16:11:00

“Sony” şirkəti “PlayStation 4” oyun aparatını 2021-ci ilin martın 4-dək istehsal etməyi planlaşdırır. 

Fins.az xəbər verir ki, bu barədə “Mice Times Asia” nəşri “Sony” şirkətinin prezidenti Con Koderə istinadən xəbər yayıb. 

Hazırkı oyun aparatını yenilənmiş “PlayStation 5” versiyası əvəz edəcək. Bu versiyanın istehsalına “PlayStation 4”ün istehsalının dayandırılacağı tarixdən bir müddət əvvəl, yaxud istehsal dayandırılan kimi başlanacaq. 

Deyilənlərə görə, “PlayStation 5” versiyasının təqdimatı 2019-cu ildə baş tuta bilər. Bu şayiəni inandırıcı edən həm də odur ki, yeni nəsil “Xbox”un istehsalı 2020-ci ilin əvvəlinə planlaşdırılıb. Güman ki, Yaponiya şirkəti rəqiblərindən geri qalmayacaq və “Microsoft” məhsulunun istehsalından öncə özünün yeni oyun aparatını buraxacaq. 

Bir müddət öncə bildirilib ki, “Sony” məhdud sayda istehsal olunacaq “PlayStation 4” oyun aparatını təqdim edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253