İKT

Tarixi uğur: "Microsoft"un illik gəliri 100 milyard dolları keçdi
23 İYUL
137

Tarixi uğur: "Microsoft"un illik gəliri 100 milyard dolları keçdi

2018-07-23 10:09:00

ABŞ-da iyunun 30-da başa çatan maliyyə ilinin 4-cü rübündə “Microsoft” korporasiyası 30,1 milyard dollar gəlir əldə edib.

Fins.az-ın xəbərinə görə, bu, ötən ilin müvafiq dövründən 17% çoxdur.

Rüb ərzində əməliyyat gəliri 35% artaraq 10,4 milyard dollara çatıb. Xalis gəlir isə 8,9 milyard dollar - hər səhmə görə 1,14 $ olub. (Ötən il 8 milyard idi.)

Son rübdə kommersiya məhsulları və bulud texnologiyalarından əldə olunan gəlir 10%, “LinkedIn”ın gəliri isə 37% artıb.  

Korporasiyanın illik mədaxili bir il əvvəlki dövrlə müqayisədə 14% artaraq 110,4 milyard dollar təşkil edib. Beləliklə, “Microsoft” öz tarixi boyu ilk dəfə olaraq bir maliyyə ili ərzində 100 milyard dollardan çox gəlir əldə edib. İllik əməliyyat gəliri 21% artaraq 35,1 milyarda, xalis gəlir 16,6 milyarda (hər səhm üçün 2,14$) çatıb.  

Şirkətin CEO-su Satya Nadella geridə qalan maliyyə ilinin son dərəcə uğurlu olduğunu bildirib: “Bizim komandamızın müştərilərin uğuruna və onlarla qarşılıqlı etimada əsaslanan münasibət qurmağa daimi diqqəti nəticəsində fövqəladə bir ili arxada qoyduq. Bulud texnologiyalarına və intellektual üstünlüklərə yatırımlarımız özünü doğruldur və biz böyük və inkişaf etməkdə olan bazarlarda rolumuzu artıracağıq”.

Qeyd edək ki, “Forbes”un versiyasına əsasən dünyanın ən bahalı brendləri sırasında “Microsoft” “Apple” və “Google”dan sona 3-cü yerdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259