İKT

WhatsApp-dan MÜHÜM YENİLİK
20 İYUL
509

WhatsApp-dan MÜHÜM YENİLİK

2018-07-20 19:21:00

"WhatsApp" istifadəçilərə proqramı açmadan mesajı oxunmuş kimi nişanlamağa imkan verəcək. Bu haqda "WaBetaInfo" portalı yazır.
Fins.az xəbər verir ki, tərtibatçıların ümidinə görə, yeni funksiya istifadəçilərə spam və lazımsız mesajlardan tez bir zamanda xilas olmağa imkan verəcək, həmçinin qrup çatlarında ünsiyyəti asanlaşdıracaq.
Portalın məlumatına görə, yeni funksiya proqramın növbəti yeniləməsində əlçatan olacaq, indi yalnız beta-versiyada ondan istifadə etmək mümkündür.
Bundan əvvəl "WhatsApp" messenceri mesajı göndərəni müəyyənləşdirməyə imkan verən və feyklərlə mübarizə aparan "göndərilmiş mesaj" nişanını tətbiq etmişdi. Bundan başqa, iyunun sonunda sözügedən proqramın tərtibatçıları "Telegram" messencerində olduğu kimi kanal yaratmaq funksiyasını əlavə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255