İKT

“Asan İmza” xidmətindən istifadə niyə bahalaşır? – Mobil Operator səbəbi belə İZAH ETDİ
20 İYUL
245

“Asan İmza” xidmətindən istifadə niyə bahalaşır? – Mobil Operator səbəbi belə İZAH ETDİ

2018-07-20 19:09:00

Xəbər verdiyimiz kimi, 15 avqust 2018-ci il tarixindən etibarən “Asan İmza” mobil elektron imza xidmətindən istifadənin qiyməti 1 manat yerinə 2,5 manat (ƏDV daxil) təşkil edəcək. 

Dəyişikliklərin təşəbbüskarı kimi xidmətin operatoru olan “B.EST Solutions” şirkəti çıxış edib.

Şirkətdən Fins.az-a verilən açıqlamada bildirlib ki, Azərbaycan “Asan İmza” mobil identitet və imzanın buraxılışı üzrə layihənin reallaşdırıldığı dünyada ilk 10 ölkənin siyahısına daxil edilib. 

“Regionda Ukrayna, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Əfqanıstanın daxil olduğu bir sıra ölkələrdə ən təhlükəsiz, istifadədə asan və İnternetə məhdud çıxışı olan istifadəçilər üçün əlyetərlilik baxımından bu texnologiyanın tətbiq edilməsi planlaşdırılır. Bununla yanaşı “Asan İmza” bazar rəqabətinin qaydalarını gözləyərək Azərbaycanda Elektron Rəqəmsal İmza (e-imza) ilə bərabər şəkildə qüvvədədir. Bu isə istifadəçilərə üstün variant seçimində dayanmağa imkan verir.   

“Asan İmza” mobil elektron imza xidmətinin qiymətinin qaldırılması iqtisadi amillər, xarici valyutanın kursundakı dəyişikliklər, Azərbaycanda müxtəlif xidmətlərin qiymətindəki artım, eləcə də təhlükəsizlik sisteminin yenilənməsində önəmli olan sistemə ümumi yükləmələrin artması, xarici vendorlar tərəfindən xidmətə olan xərclərin artması, xarici lisenziyaların əldə edilməsi ilə şərtlənir ki, bu xərclərin də ekvivalenti dollar ilə hesablanır. Hətta bu halda belə “Asan İmza” operatoru üçün birinci yerdə istifadəçilərin təklifləri durur ki, bunun əsasında bütün tranzaksiyaların ödənişsiz edilməsi qərara alınmış və bu qərar sayəsində bütün “Asan İmza” sahibkarları xidmətdən hər hansı bir məhdudiyyət olmadan istifadə edə bilcəklər”-deyə şirkət bəyan edib.

Açıqlamada daha sonra bildirilib:

“Bu gün bir çox ölkələr maliyyə və dövlət sistemlərinə kiber təhlükənin sayının artması ilə qarşılaşırlar. Cinayətkarlar bank xidmətinin istifadəçilərinin parollarını sındırır, sosial şəbəkələrdə nəinki adi istifadəçilərin, hətta iri şirkətlərin belə fərdi məlumatları və hesablarının oğurlanması kütləvi şəkildə həyata keçirilir. Arasıkəsilməz diversiyalar və kiber hücumlar şəraitində ölkənin informasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsi fiziki sərhədlərin qorunmasından daha vacib strateji məsələdir. “Asan İmza” mobil elektron imza bu şəkildə qorunmanın sərhədlərindən biridir. Məhz bu səbəbdən biz “Asan İmza” xidmətinin keyfiyyətli şəkildə təqdim edilməsindəki köməyə və dəstəyə görə Azərbaycanın hər üç mobil operatoruna minnətdarlığımızı bildirmək istəyirik.

Eyni zamanda sertifikatların verilişi zamanı vətəndaşların identifikasiyasının təmin edilməsində innovativ xidmətlərin lokomotivi sayılan Azərbaycan Respublikası Vergilər Nazirliyinə xüsusi təşəkkür bildiririk. Onların sayəsində əminik ki, vətəndaşların imza sertifikatları yad əllərə düşmür. Daha bir minnətdarlığı ASAN Xidmət mərkəzlərinə bildirmək istəyirik, çünki onlar “Asan İmza”nı ölkəmizin istənilən nöqtəsində əldə etmək üçün vətəndaşlara şərait yaradırlar.

Kök sertifikatın etibarlılığı isə Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təmin edilir. Daha bir minnətdarlıq maliyyə sektoru və innovativ təhlükəsiz elektron xidmətlərin təqdim edilməsinə görə “Asan İmza” xidmətinin bütün digər partnyorlarına bildirilir.

Xidmətin bütün fəaliyyəti boyu bu xidmətin göstərilməsilə bağlı heç bir münaqişə baş verməmişdir. Bundan əlavə istənilən demokratik respublika kimi Azərbaycan bazar iqtisadiyyatının qaydalarına riayət edir. Bu səbəbdən ölkənin bazarlarında bərabər şərtlərdə iki rəqabət göstərən məhsul - “Asan İmza” və “E-imza” tələbatçılara seçim hüququ təqdim edir. Bu, ölkənin təhlükəsizliyi nöqteyi-nəzərindən də çox vacibdir, çünki bu hal bir identitet sistemindən imtina zamanı digərindən istifadəyə keçidi təmin etməyə imkan verəcəkdir.

Biz anlayış və dəstəyə, həmçinin vətəndaşlarımızın fərdi məlumatlarının yüksək şəkildə qorunması ilə birlikdə innovativ, təhlükəsiz Azərbaycanın yaradılmasındakı birgə töhfəyə görə “Asan İmza”nın bütün istifadəçilərinə minnətdar olacağıq. Yalnız birgə səy nəticəsində biz ölkəmizin kiber təhlükəsizliyini təmin etmiş olacağıq.


Bundan əlavə, vətəndaşlarımızın sərf etdiyi sıfır vaxt ilə avtomatlaşdırılmış elektron xidmətlərin yaradılması üzrə istifadəçilərimizin təkliflərini eşitməyimizdən məmnun qalacağıq. Gəlin bunun üçün birgə səy göstərək”, - deyə “Asan İmza” mobil elektron imzanın operatoru olan “B.EST Solutions” Azərbaycan şirkətinin rəhbəri xanım Jana Krimpe bildirib.

Hazırda 500-dən çox dövlət və özəl elektron xidmətləri öz sistemlərində “Asan İmza”dan istifadə edirlər. “Asan İmza” müxtəlif dövlət və özəl strukturların çağrı mərkəzlərinə də inteqrasiya olunub. Onun köməyilə elektron vergi bəyannamələrinin verilişi, mal və transsərhəd xidmətlərinin gömrük xidmətində bəyan edilməsi, əmək müqavilələri haqqında bildirişlərin qeydiyyatı, abituriyentlərin on-line qeydiyyatı və s. həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251