İKT

"Huawei” hədəfə çatdı: 100 milyon smartfon satdı
20 İYUL
136

"Huawei” hədəfə çatdı: 100 milyon smartfon satdı

2018-07-20 10:20:00

“Huawei” Şirkəti fəal olaraq öz hədəflərinə çatır. 
Fins.az-ın məlumatına görə, bu hədəflər əvvəlcə “Apple”i, sonradan isə “Samsung”u qabaqlamaqdır.

Bu gün şirkət elan edib ki, artıq bu il 100 milyon smatfon satışına nail olub. Müqayisə üçün deyək ki, 2015-ci ildə şirkət bu rəqəmin əldə edilməsinə dekabrın ayının sonlarında, 2016-cı ildə oktyabrın ortalarında, ötən il isə sentyabrın ortalarında nail olub.
Xatırladaq ki, bu il Çin nəhəngi 200 milyon ədəd smartfon satmaq niyyətindədir. Nəzərə alsaq ki, bu ilin sonuna qədər daha bir neçə maraqlı model buraxılacaq, “Huawei”də bu alına bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260