İKT

Mobil əlavələrə nə qədər pul xərclənib?
18 İYUL
189

Mobil əlavələrə nə qədər pul xərclənib?

2018-07-18 16:57:00

Bu ilin birinci yarısında tətbiqlərdən yükləmələrin  xərcləri 27,8 faiz artaraq 34,4 milyard dollar təşkil edib. 
Fins.az-ın məlumatına görə, bu barədə “Sensor Tower” şirkətinin yeni araşdırmasının nəticələri ilə bağlı dərc etdiyi hesabatda deyilir. 
Bu siyahıda lider hələ də “AppStore”dur. Onun payına gəlirlərin 65 faizi və ya 22,6 milyard dollar düşür. Müqayisə üçün bildirək ki, ötən ilin ilk yarımilində “AppStore” 17,8 milyard dollar qazanıb. Yəni son bir il ərzində satışların həcmi 26,8 faiz artıb. 
“Google Play” onlayn mağazası rəqibindən gəlirlərinin həcminə görə nisbətən geri qalsa da, o da son bir ildə 30 faizlik artım nümayiş etdirib və satışlarını 11,8 milyard dollar səviyyəsinə çatdırıb. 
Daha çox populyarlığa oyun əlavələri malikdir. Onların payına 26,6 milyard dollar düşür. Ən populyar oyun isə “Honor of Kings” olub. Digər populyar tətbiqlər “Netflix”, “Tinder”, “Tencent Video”, “Facebook”, “Instagram” və “WhatsApp” olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256