İKT

10 GB əməliyyat yaddaşlı smartfon buraxılacaq - DÜNYADA İLK
18 İYUL
239

10 GB əməliyyat yaddaşlı smartfon buraxılacaq - DÜNYADA İLK

2018-07-18 14:40:00

Yaxın zamanlarda “Vivo” şirkəti özünün 10 GB əməliyyat yaddaşına malik ilk smartfonunu buraxmağa hazırlaşır. 
Fins.az-ın məlumatına görə, dünyada ilk olacaq yeniliyin təqdimatı bu ilin avqust ayına planlaşdırılıb.
Təxmin edilir ki, telefon “XPlay 7” adlandırılacaq. Cihaz “Samsung” şirkətinin istehsalı olan 512 GB flaş-yaddaşla təchiz ediləcək. Cihazın sürətlə fəaliyyət göstərməsinə və funksionallığına ABŞ-ın “Qualcomm” şirkətinin istehsalı olan “Snapdragon 710” prosessoru cavabdeh olacaq. 
İlk olaraq cihazı Çin sakinləri əldə edə biləcəklər. Yeni məhsul “Android 9.0 Pistachio” əməliyyat sistemi ilə işləyəcək. 
Ehtimal olunur ki, telefonun qiyməti 600 dollardan az olacaq. Ancaq belə bir böyük əməliyyat yaddaşına malik cihaz üçün bu qiymət olduqca məqbul hesab edilə bilər. 
Telefon bu ilin sentyabr ayının sonunda satışa çıxarılacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259