İKT

“Instagram”a görə kütləvi həbslər başlayıb
18 İYUL
235

“Instagram”a görə kütləvi həbslər başlayıb

2018-07-18 12:56:00

İranın Bəndər Abbas şəhərində həyata keçirilən əməliyyat nəticəsində “Instagram”da “uyğun olmayan” paylaşımlarına görə 46 nəfər saxlanılıb.

Fins.az xəbər verir ki, saxlanılanlardan altısı qadındır.

Tutulanların fotoqraf, gözəllik salonları və restoran işçiləri olduğu məlum olub.

Polis İdarəsinin sözçüsü bildirib ki, onlar “mədəniyyətə zərər vermək məqsədilə” paylaşımlar ediblər.

Qeyd edək ki, İranda 2009-cu ildən etibarən “Facebook” və “Twitter” yasaqlansa da, İranın ali dini lideri Ayətullah Xameneyinin rəsmi “Twitter” hesabı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256