İKT

“Skype”da bütün danışıqlar yazıla biləcək
17 İYUL
379

“Skype”da bütün danışıqlar yazıla biləcək

2018-07-17 17:31:00

Fəaliyyətə başlamasından 15 il sonra “Skype” danışıq və istifadəçilərin konfranslarını yaza bilən funksiya əldə edib.
Fins.az xəbər verir ki,  bundan əvvəl istifadəçilər danışıqlarını yazmaq üçün kənar tətbiqlərdən istifadə etməli olurdular.

İndi isə bu, adi funksiya olacaq və “Windows”, “Mac”, iOS, “Android” və “Linux” platformalarında olan cihazlarda danışıqları yazmağa imkan verəcək. 
Danışıqların yazılması bu danışıqlarda iştirak edən bütün istifadəçilər üçün mümkün olacaq. Hər bir istifadəçi də bu yazılmanın başladığından xəbərdar olacaq. Funksiya artıq bu aydan “Skype” kommunikasiya sisteminin son versiyasına malik hər kəs üçün istifadəyə veriləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259