İKT

“Emporio Armani Connected” “ağıllı” saatı nümayiş olundu
17 İYUL
162

“Emporio Armani Connected” “ağıllı” saatı nümayiş olundu

2018-07-17 16:54:00

İtaliyanın "Emporio Armani" brendi "ağıllı" "Connected" saatının yeni nəslini təqdim edib.
Fins.az xəbər verir ki, paslanmayan korpusa malik qurğu gümüşü, qara və qızılı çəhrayı rənglərdə təklif olunur. Həmçinin saatın dəri və metal kəmərli versiyalarını seçmək mümkündür.
Məlumata görə, "Emporio Armani Connected" saatı "AMOLED" matrisalı 1,19 düym diaqonallı siferblat ekran, "Snapdragon 2100" çipi, "GPS" və "NFC" (kontaktsız ödənişlər üçün) modulları ilə təchiz edilib.
Qurğu, həmçinin, nəbzölçən və fitnes funksiyalar dəstinə malikdir. "Swimproof" texnologiyası sayəsində saatla duş qəbul etmək, üzmək, hovuz və açıq göllərə baş vurmaq mümkündür.
Şirkətin bəyanatında deyilir ki, qurğu saat sənətində dəqiqliyə dəyər verənlər üçün nəzərdə tutulub.
Qiyməti 295-395 dollar arasında dəyişən "Emporio Armani Connected" saatı üçün artıq ilkin sifarişlərin qəbuluna başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251