İKT

Nazirlik Microsoft ilə 3 illik saziş imzaladı – SƏBƏB
17 İYUL
173

Nazirlik Microsoft ilə 3 illik saziş imzaladı – SƏBƏB

2018-07-17 12:38:00

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NYRTN) Microsoft şirkəti ilə dövlət strukturları üçün proqram təminatı lisenziyalarının alınması haqqında 3 illik saziş imzalayıb.

Bu barədə NRYTN-dən bildirilib.

Tərəflər arasında əldə olunan razılığa əsasən, dövlət qulluqçularının kompüterlərini (20,000 lisenziya) Microsoftproqram təminatı lisenziyaları (Windows Pro, Office 365 ProPlus, Core CAL) ilə təmin etmək, habelə ali təhsil müəssisələrini akademik güzəşt ilə lisenziyalaşdırmaq (10,000 lisenziya) nəzərdə tutulub.

Bundan əlavə, sazişin bağlanması zamanı Microsoft şirkəti tərəfindən təqdim olunan “Tələbə Üstünlükləri” proqramından da yararlanaraq Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinin tələbələri üçün (~150.000 nəfər) əlavə olaraq pulsuz Microsoft Windows və Microsoft Office proqram təminatı əldə olunub.

Sözügedən sazişə əsasən, NRYTN və Microsoft dövlət strukturlarında proqram təminatının lisenziyalaşdırılması ilə bağlı əməkdaşlığın ikinci mərhələsini reallaşdıracaq.

Belə ki, 2011-ci ildə artıq 10000 kompüter dövlət qurumlarının icra aparatlarında istifadə olunmaq üçün lisenziyalaşdırılaraq (Windows, Office ProPlus və Core CAL) istifadəyə verilib.

© Technote

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259