İKT

Bakıda pulsuz Wi-Fi-dan 10 minə yaxın istifadə edilib
17 İYUL
178

Bakıda pulsuz Wi-Fi-dan 10 minə yaxın istifadə edilib

2018-07-17 12:30:00

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Pulsuz Wi-Fi” xidmətindən istifadə sayı açıqlanıb.

Nazirlikdən Technote.az-a bildirilib ki, turist axınının daha çox qeydə alındığı yay aylarında xidmətdəm istifadə edənlərin sayı daha çox olub.

Belə ki, pulsuz Wi-Fi-dan gün ərzində 10 000-ə yaxın istifadə qeydə alınıb, qoşulma sayı isə 6 milyona yaxındır

Qeyd edək ki, pulsuz internetdən Dövlət Bayraq Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Park və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi, Bakı bulvarının Ağ şəhər ərazisi, Sahil bağı və Heydər Əliyev Mərkəzinin parkı, Xaqani və Sabir bağları, Axundov bağı, Qış parkı, Zabitlər bağı, Hüseyn Cavid parkı, Səməd Vurğun və Muğan bağları, Fashion Avenue, İzmir parkı, Nərimanov parkı və Dədə Qorqud parkı ərazisində istifadə etmək olar.

İstifadəçi qoşulduğu andan etibarən 1 saat ərzində pulsuz internetdən maneəsiz yararlana bilir.

Eyni istifadəçi gün ərzində 3 dəfə pulsuz xidmətdən faydalanmaq imkanına malikdir

Məlumata görə, Nazirlik layihə çərçivəsində Huawei, ZTE və Microtic şirkətləri ilə əməkdaşlıq edir. İnternet təchizatını təmin etmək üçün ümumilikdə 300-ə yaxın qoşulma nöqtəsi (acsses point) quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259