İKT

“WhatsApp”da mesajlar üçün – YENİ FUNKSİYA
16 İYUL
502

“WhatsApp”da mesajlar üçün – YENİ FUNKSİYA

2018-07-16 22:23:00

WhatsApp” istifadəçilərə proqramı açmadan mesajı oxunmuş kimi nişanlamağa imkan verəcək.

Fins.az-ın xəbərinə görə, tərtibatçılar ümid edir ki, yeni funksiya istifadəçilərə spam və lazımsız mesajlardan tez bir zamanda xilas olmağa imkan verəcək, həmçinin qrup çatlarında ünsiyyəti asanlaşdıracaq.

Yeni funksiya proqramın növbəti yeniləməsində  əlçatan olacaq. Hazırda yalnız beta-versiyada ondan istifadə etmək mümkündür.

Bundan əvvəl “WhatsApp” messenceri mesajı göndərəni müəyyənləşdirməyə imkan verən və feyklərlə mübarizə aparan "göndərilmiş mesaj" nişanını tətbiq etmişdi. Bundan başqa, iyunun sonunda sözügedən proqramın tərtibatçıları, “Telegram” messencerində olduğu kimi, kanal yaratmaq funksiyasını əlavə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256