İKT

Müasir cihazların ən mənasız funksiyaları – REYTİNQ
16 İYUL
159

Müasir cihazların ən mənasız funksiyaları – REYTİNQ

2018-07-16 14:35:00

Müasir smartfonlarda bir çox funksiyalar mövcuddur ki, onlar qətiyyən istifadəçiləri maraqlandırmır. 
Fins.az-ın məlumatına görə, mütəxəssislər bu funksiyalara görə artıqlaması ilə pul ödənilən mənasız üstünlüklərin reytinqini tərtib ediblər.
Analitiklər birinci yerlərə yüksək ekran genişlənməsi olan cihazları qoyublar. Onların qiyməti olduqca yüksəldir, ancaq displeyin işləməsi üçün çox enerji sərf edilir və telefonun batareyası tez “oturur”. Bundan başqa, mütəxəssislər bölünmüş ekranda da bir fayda görmürlər. 
Onlar 4K texnologiyasından istifadə edilərək çəkiliş edilməsini də tənqid ediblər. Proseslər, həmçinin prediktiv fokus və HDR cihazın belə bir işləməsi zamanı dəstəklənmir. Müvafiq olaraq yazılışın keyfiyyəti aşağı düşür, çarxın özü isə yaddaşda çox yer tutur. 
Mütəxəssislər “Dolby Atmos” çoxkanallı səsin dəstəklənməsi funksiyasına və “Super slow motion” ləngidilmiş çəkiliş funksiyasına da şübhə ilə yanaşırlar. Onlar əlavə reallıq texnologiyası ilə təchiz edilmiş cihazlara ayrıca diqqət ayırırlar. Hazırda mühəndislər bunu axıra qədər işləyə bilməyiblər. 
Animodzilər də cihaz sahiblərini çox az maraqlandırır. Burada söhbət “Apple” məhsullarının istifadəçilərindən gedir. Onlar bu funksiyaya olan maraqlarını çox tez itirirlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255