İKT

Dünya çempionatı zamanı 25 milyon kiberhücum dəf edilib
16 İYUL
80

Dünya çempionatı zamanı 25 milyon kiberhücum dəf edilib

2018-07-16 11:03:00

Futbol üzrə dünya çempionatının gedişində Rusiyanın informasiya infrastrukturuna qarşı yönəlmiş təxminən 25 milyon kiberhücum və digər təsirlərin qarşısı alınıb.

Fins.az-ın verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin bazar günü axşam 2018-ci il dünya çempionatının təhlükəsizliyinin təminatı üzrə idarələrarası operativ qərargahın beynəlxalq əməkdaşlıq mərkəzinin nümayəndələri ilə görüşündə deyib.

“Dünya çempionatı dövründə Rusiyanın informasiya infrastrukturuna qarşı bu və ya digər şəkildə çempionatın keçirilməsi ilə əlaqəli olan təxminən 25 milyon kiberhücum və digər təsirlər neytrallaşdırılıb”, - deyə o, söyləyib.

V. Putin təhlükəsizliyin təmin olunmasında iştirak edən ölkələrin və onların xüsusi xidmət əməkdaşlarının sayını da açıqlayıb: “Rusiya xüsusi xidmət və hüquq-mühafizə orqanları əməkdaşlarına və əlbəttə, 30-dan çox dövlətin xüsusi xidmət və hüquq-mühafizə orqanları əməkdaşlarına təşəkkür etmək istəyirəm. Bildiyimə görə, ümumilikdə 34 ölkədən 55 xüsusi xidmət orqanının 126 əməkdaşı bu birgə işdə iştirak edib”.    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254