İKT

Ən problemli smartfonlar - REYTİNQ
13 İYUL
289

Ən problemli smartfonlar - REYTİNQ

2018-07-13 17:05:00

Məlumatların mühafizəsi sahəsində işləyən “Blancco” şirkətinin hazırladığı hesabata inansaq, “Samsung” şirkəti növbəti dəfə smartfon istehsalçıları arasında lider olub. 
Fins.az-ın məlumatına görə, ancaq bu, mübarizə aparılası liderlik deyil.

Araşdırmaçılar iddia edirlər ki, 2018-ci ilin birinci rübündə “Samsung” smartfonları “Android” əməliyyat sistemlə işləyən aparatlar arasında ən yüksək nasazlıq göstəricisi nümayiş etdirib. Bu rəqəm 27,4 faiz olub. 
“Apple” smartfonları arasında ən problemlisi “iPhone 6” smartfonudur. O, "iOS" düşərgəsində 22 faiz göstərici ilə liderlik edir. İkinci yerdə 16 faiz göstərici ilə “iPhone 6s” smartfonu gəlir. “Blancco”nun məlumatına görə, bu iki model üçün ekran sensorunun işləməsinin pozulması və displeydə boz xətlərin yaranması halları xarakterikdir.  
“Android” dünyasında “Samsung”dan sonra 12,2 faiz göstəricisi ilə “Xiaomi”, üçüncü yer 9,6 faiz göstərici ilə “Motorola” gəlir. 
Dəqiqləşdirək ki, “Blanco”nun hesabatı müxtəlif operatorlar və pərakəndə satıcılar tərəfindən verilən “Andoid” və iOS əməliyyat sistemlərinin təhlili üzərində qurulub. 
Əlavə edək ki, “Blanco” şirkətinin bacarıqlı əməkdaşlarının əllərinə düşmüş “Apple” smartfonlarının təxminən 75 faizi yeni "iOS 11" sistemi ilə işləyib. Digər istehsalçıların 52 faiz smartfonu isə 2016-cı ildə istehsal edilən “Android Nougat” əməliyyat sistemi ilə işləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270