İKT

Mobil qadjetlərin doldurulması üçün xüsusi geyimin yaradılması üzərində iş aparılır
13 İYUL
146

Mobil qadjetlərin doldurulması üçün xüsusi geyimin yaradılması üzərində iş aparılır

2018-07-13 11:25:00

Sinsinnati Universitetinin mühəndisləri ABŞ Hərbi Hava Qüvvələrinin Rayt-Patterson bazası ilə tərəfdaşlıqda mobil qadjetlərin doldurulması üçün xüsusi geyimin istehsal edilməsi və innovasion parçanın yaradılması üzərində iş aparır.

Gələcək parçanın strukturunu vakuum kamerada "böyüdülən" karbon nanoborular təşkil edir. Karbon nanoborular çox möhkəmdir, yüksək keçiriciliyə və termodavamlılığa malikdir.

Hərbçilər üçün bu layihənin reallaşması ağır batareyaların əvəz edilməsi deməkdir. Məsələn, tədqiqatçılar qeyd edirlər ki, ümumi ləvazimatın çəkisinin üçdə birinə qədər gecəgörmə cihazları və kommunikasiya qurğuları təşkil edir. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259