İKT

“Android” istifadəçilərinə təhlükəli virus hücum edib
12 İYUL
151

“Android” istifadəçilərinə təhlükəli virus hücum edib

2018-07-12 14:07:00

"IBM X-Force" şirkətinin təhlükəsizlik üzrə tədqiqatçıları "Google Play" əlavələrində gizlənən "Anubis" adlı təhlükəli virus aşkarlayıblar.
Fins.az xəbər verir ki, məlumata görə, kibercinayətkar qruplaşması tərəfindən zərərli proqram təminatı "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonlar üçün onlarla proqramda gizlədilib. Viruslar internet mağazaları, maliyyə yardımçı funksiyaları və avtomobil əlavələri adı altında maskalanıb.
Bildirilir ki, yoluxdurulmuş proqramı qurğuya yüklədikdən sonra "Anubis" quraşdırılmış "Google Protect" antivirus adı ilə istifadəçinin fəaliyyətini skan etmək üçün hüquqlar tələb edir. Bundan sonra troyan telefon sahibi bank əlavələrində və elektron pul kisələrində fərdi məlumatları daxil edənədək ekranın şəklini (screenshot) çəkir.   
Virus tərtibatçıları "Google Play" təhlükəsizlik alqoritmləri tərəfindən aşkarlanmamaq üçün onun imkanlarını mütəmadi modernləşdirib və kodu dəyişiblər. Mütəxəssislər bildirib ki, "Anubis" Türkiyə istifadəçiləri üçün nəzərdə tutulub, lakin zərərli proqram təminatının konfiqurasiyasından məlum olur ki, virus digər ölkələrə də yayıla bilər.
"IBM X-Force" əməkdaşları "Google Play" mağazasında təhlükəli əlavələrin ləğv edilməsi üçün aparılan tədqiqatın nəticələrini "Google" şirkətinə göndəriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9996
  • ₽ RUB
    0.0259