İKT

“Samsung Electronics” ilkin maliyyə hesabatını açıqladı
12 İYUL
170

“Samsung Electronics” ilkin maliyyə hesabatını açıqladı

2018-07-12 11:54:00

"Samsung Elektronics" şirkəti 2018-ci ilin ikinci rübünün ilkin maliyyə nəticələrini açıqlayıb.
Fins.az lent.az-a istinadən xəbər verir ki, hesabat dövründə Cənubi Koreya nəhənginin konsolidə olunmuş gəlirləri 57-59 trilyon von kimi qiymətləndirilir. Bir il öncə bu göstərici 61 trilyon von təşkil edib.
Gəlirlərin bir qədər azalması şirkətə əməliyyat gəlirlərini artırmağa mane olmayıb. İlkin qiymətləndirməyə görə, bu rəqəm 14,7-14,9 trilyon von təşkil edib.
Rübün ilkin nəticələrinə həsr edilmiş məlumatda deyilir ki, ilkin qiymətləndirmə Beynəlxalq Maliyyə Hesabatlılığı Standartının Koreya Versiyasında - K-İFRS-ə müvafiq olaraq hazırlanıb. Tam hesabat bir qədər sonra dərc ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258