İKT

“iPhone X” suyun altına çexolsuz salına bilər
12 İYUL
124

“iPhone X” suyun altına çexolsuz salına bilər

2018-07-12 10:32:00

Tanınmış blogger Frederik Van Stridonk bildirib ki, “iPhone X” smartfonunu hətta müvafiq materialdan hazırlanmış xüsusi çexoldan istifadə etmədən suyun altına salmaq mümkündür. 
Fins.az-ın məlumatına görə, təcrübə prosesində kişi hovuzda telefonla üzməyi yoxlayıb. Hətta bundan sonra da cihaz tam gücü ilə işləməyə davam edib.  
Bloggerin sözlərinə görə, Kupertinyo istehsalı olan telefonun dözümlülüyünü yoxlamaq ideyası ona ani olaraq gəlib. Çünki o zaman o, hovuzun yanında olub və az qalıb ki, ora yıxılsın. Bu zaman o, öz cihazından narahat olub. 
Blogger qeyd edib ki, telefon həqiqətən də hətta olduqca yüksək təzyiq altında suya dözümlüdür. Telefonun xüsusi klapanları onun portlarını su sızmasından qoruyur. Ancaq bununla belə, o, cihazı ehtiyac olmadan mühafizəsini təcrübə etməməyə çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256