İKT

Intel-in yeni əjdahası
11 İYUL
388

Intel-in yeni əjdahası

2018-07-11 16:34:00

Intel, Computex 2017 konfransında tanıtdığı Core i9 seriyasını gücləndirəcək. Son zamanlarda AMD şirkəti ilə arasında rəqabət daha da artdığı və AMD-nin Ryzen seriyası ilə istifadəçilərə daha yaxşı alternativlər təklif etdiyi üçün İntel də öz liderliyini qorumağa çalışır. Core i9K olaraq adlanan bu prosessorlar ucuz olmasa da, çox güclü olacaq.
Fins.az-ın technote.az-a istinadən bildirir ki, i5, i3 və i9 ailələrinə 6X, 7X və 8X adlanan yeni prosessorlar gələcək. i9 seriyasına gələn prosessorlar isə Core i9K olaraq adlanacaq və ən bahalı/ən güclü prosessorlar olacaq. 
Hal-hazırda istehsalat tarixi və ətraflı məlumat bilinməsə də, sadəcə 3 yeni prosessorun adı və tipi ortaya çıxıb:
Core i9-9900K: 8 nüvə/16 thread( iş yükü sayı, yəni 8 nüvənin hərəsi 2 ayrı iş görə bilir)
Core i7-9700K: 6 nüvə/12 thread
Core i5-9600K: 6 nüvə/6 thread 
Core i9 ailəsinin ən güclü modellərinin 2.000 dollar kimi yüksək qiymətlər ilə satıldığını nəzərə alsaq, bu yeni prosessorlar daha da baha olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259