İKT

“Samsung” smartfon istehsalını bu ölkədə edəcək
11 İYUL
239

“Samsung” smartfon istehsalını bu ölkədə edəcək

2018-07-11 10:29:00

Samsung” şirkəti Hindistanda smartfon istehsalı üzrə yeni zavod açıb. Açılış mərasimində Hindistanın baş naziri Narendra Mod və Cənubi Koreya Prezidenti Mun Çje İn iştirak edib.
Fins.az xəbər verir  ki, zavod paytaxt Dehli yaxınlığında Noida şəhərində yerləşir. Şirkət nümayəndələrinin sözlərinə görə, bu, dünyada smartfon istehsalı üzrə ən böyük müəssisədir. Burada ildə 120 milyon smartfonun buraxılışı nəzərdə tutulur. Zavodda qiyməti 100 dollaradək olan həm ucuz, həm də “Galaxy S” seriyalı qabaqcıl modellərin istehsalı planlaşdırılır.
Bildirilir ki, Hindistan smartfonların satışı üçün ən böyük bazardır. Əhalisinin sayı 1,3 milyard təşkil edən ölkədə smartfon istifadəçilərinin sayı 400 milyona yaxındır.
“IDC” analitik şirkətinin məlumatına görə, 2017-ci ildə Hindistana smartfonların tədarük həcmi 124 milyon qurğuya çatıb. Beləliklə, təkcə bir “Samsung” zavodu yerli bazarda smartfonlara tələbatı tam ödəyəcək. Lakin Hindistan bazarında bu yaxınlarda “Xiaomi” şirkəti smartfonların satışına görə “Samsung”u geridə qoyaraq lider mövqeyə sahib çıxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251