İKT

“Apple” payızda “iPhone X” və “iPhone SE”-dən imtina edə bilər
10 İYUL
325

“Apple” payızda “iPhone X” və “iPhone SE”-dən imtina edə bilər

2018-07-10 16:06:00

“BlueFin Research” analitik şirkəti olduqca gözlənilməz və qəribə proqnozla çıxış edib.
Fins.az-ın məlumatına görə, mütəxəssislər investorlar üçün qeyddə bildiriblər ki, “Apple” bu il “iPhone SE” və “iPhone X” smartfonlarının istehsalını dayandıra bilər.
“iPhone X” artıq cari ilin üçüncü rübündə istehsalını dayandırmalıdır. Həmçinin “iPhone SE” də mövcudluğunu dayandıracaq. “iPhone 8” smartfonu “Apple”in yekun portfoliosunda “əlçatan” modellərin əsas hissəsini tuta biləcək.
Bu addımın atılması səbəbi kimi şirkətin fokusunu gələcək “iPhone 9”, “iPhone 11” və “iPhone 11 Plus” modellərinə keçirmək və onları intensiv olaraq irəli çəkmək arzusu göstərilir. Analitiklər qeyd edirlər ki, son 5 il ərzində “iPhone” əldə etmək istəməyən istifadəçilərin zəif fəallığından yaranan “məhdud tələb” 2018-ci ildəki yeniliklər sayəsində satışları artıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250