İKT

“YouTube” yalanla mübarizə üçün 25 milyon dollar ayırdı
10 İYUL
115

“YouTube” yalanla mübarizə üçün 25 milyon dollar ayırdı

2018-07-10 12:00:00

“YouTube” şirkəti “fake” (yalan) xəbərlərlə mübarizə məqsədilə 25 milyon dollar ayırıb.

Fins.az-ın verdiyi xəbərə görə, yalan və saxta xəbərlərin yayılmasının qarşısını alan platforma təkmilləşdiriləcək.

“YouTube” “Google News”la birlikdə keyfiyyətli xəbər videolarının yayılmasına da çalışacaq. Şirkət nüfuzlu xəbər mənbələrinə dəstək vəd edib.

Qeyd edək ki, “Facebook” sosial şəbəkəsi 2017-ci ilin oktyabrından 2018-ci ilin martına qədər spam yayan 1,56 milyard paylaşımı avtomatik sistem vasitəsilə bloklayıb.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258