İKT

“Xiaomi” və “Huawei” smartfonları istifadəçiləri izləyir – XƏBƏRDARLIQ
09 İYUL
163

“Xiaomi” və “Huawei” smartfonları istifadəçiləri izləyir – XƏBƏRDARLIQ

2018-07-09 17:03:00

“Gmobi” şirkətinin mütəxəssisləri iddia edirlər ki, Çinin “Xiami” şirkətinin smartfonlarında casus proqramlar mövcuddur. 

Fins.az-ın məlumatına görə, mütəxəssislər qeyd edirlər ki, bu tətbiqləri silmək mümkün deyil. Çünki onlar şirkətin bulud interfeysinin bir hissəsidir.

İstifadəçiləri “Huawei” və “Xiaomi” markalarının mobil cihazları izləyir. Onlar isə “Android” əməliyyat sistemi və “MİUİ” buludundan istifadə edirlər.

Tətbiqlərin birində zərərverici proqram aşkar edilib Məlum olub ki, bu proqram istifadəçilərin şəxsi məlumatlarını toplayır.

Mütəssislər iddia edirlər ki, bazaya daxil olan proqram heç bir üsulla silmək mümkün deyil. Tətbiqlərdən istifadə edərkən şəxsi məlumatlara çıxış əldə etmək üçün sorğu tələb edir. Əgər istifadəçi imtina etmək qərarına gəlibsə, proqram fon rejimində işə düşür.

“Xiaomi” proqram tərtibatının tərtibatçıları “Gmobi”nin iddialarına şərh veriblər. Onlar bildiriblər ki, bu proqram qanuni əsaslarla fəaliyyət göstərir. Şirkət rəsmiləri əmin ediblər ki, bu tətbiq heç bir şəxsi məlumatları toplamır və onları üçüncü şəxslərə ötürmür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270