İKT

Uşaqların internet dünyası araşdırıldı
09 İYUL
126

Uşaqların internet dünyası araşdırıldı

2018-07-09 10:26:00

Bildiyiniz kimi internet, valideynlər tərəfindən nəzarətdə olmadıqda uşaqlar üçün olduqca təhlükəli ola bilər. Bu sahədə bir çox şirkətlər, qurumlar müntəzəm olaraq hesabatlarında məlumat verməklə yanaşı, maarifləndirici tədbir və seminarlar keçirirlər. Bu yolla valideynlərin məlumatlılığını artırmağa, uşaqların maksimum internet zərərlərindən qorumağa çalışırlar.

Fins.az bildirir ki, bu istiqamətdə növbəti araşdırmasını aparan Kaspersky Lab şirkətinin məlumatına görə, uşaqların onlayn axtarışlarının 17% -ni videolar təşkil edir. Bu videolar ümumilikdə zərərsizdir. Lakin, bəzən onların internetdə zərərli videolara baxdıqları və ya qarşılaşdıqları müəyyən edilib.

Kaspersky Lab son bir neçə ay ərzində 10 müxtəlif saytdan edilən axtarışları Safe Kids xidməti ilə araşdırıb.

Statistikaya əsasən, uşaqlar tərəfindən internetdə edilən axtarışların 17% -ni videolar təşkil edir. Bura müxtəlif videolar və canlı yayım platformaları, eləcə də seriallar və filmlər daxildir.

Uşaqların axtarışlarındakı sıralamada daha sonra tərcümə yönümlü axtarışlar (14%), sosial media və kommunikasiya (10%) və oyunlar (9%) yer alıb.

Təbii ki, öləkələr və dillər üzrə bu axtarışların da istiqaməti dəyişir. Məsələn, anime axtarışları əsasən Yaponiyada , tədris yönümlü axtarışlar isə Çində üstünlük təşkil edir. Pornoqrafiya axtarışları əsasən ərəbcə, idman və oyunlara əsaslanan axtarışlar isə fransız dilində aparılır.

Mütəxəssislərin fikrincə, uşaqların maraqları hər bir ölkədə fərqlidir və bu onların internet davranışında əks olunur. Bu səbəbdən hər bir ölkədə onları qorumaq üçün xüsusi tədbirlər görülməlidir. Əks təqdirdə təsadüfən daxil olunan zərərli sayt, video paylaşım və yazışmalar uşaqlara uzunmüddətli qalıcı təsir göstərə bilər. Buna görə də, uşaqların virtual fəaliyyətlərini izləmək və kömək etmək vacibdir.

Xatırladaq ki, uşaqları internetin zərərli vərdişlərindən qorunmasını təmin etmək ölkəmizdə də ən vacib məsələlərdən biridir. Hazırda “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun hazırlanaraq müzakirəyə çıxarılıb. Azərbaycan prezidenti tərəfindən təklif olunan layihə qəbul edildiyi təqdirdə 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256