İKT

Böyük ekrana sahib olacaq büdcəli Xiaomi Mi Max 3-ün videosu sızdırıldı
08 İYUL
248

Böyük ekrana sahib olacaq büdcəli Xiaomi Mi Max 3-ün videosu sızdırıldı

2018-07-08 19:17:00

 Xiaomi şirkəti bu ayın sonuna kimi böyük ekran ölçüsünə sahib Mİ Max 3 büdcəli fablet modelini təqdim etməlidir. Təqdimata artıq az bir müddət qalıb və bu səbəblə cihaz haqqında daha çox məlumat ortaya çıxmağa davam edir. İndi isə Mi Max 3–ün əks olunduğu qısa video internetdə yayılıb. 6.9 inç ekrana sahib olacaq Mi Max 3 kiçik çərçivələr ilə təchiz olunacaq. Smartfonun öz çəkisi isə 221 qram olacaq. Lakin buna baxmayaraq əldə sözügedən cihazı tutarkən o, smartfondan çox planşeti xatırladır. Arxa paneldən Mi Max 3 metal qapağa və barmaq izi skanı texnologiyasına sahib olacaq. Məlumata əsasən Mi Max 3 1.8 GHz tezlikdə çalışacaq Snapdragon 636 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş, 12 MP-lik ikili arxa kamera, 5 MP + 8 MP ikili ön kamera və 5400 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270