İKT

Vikipediya üzrə təlimlər başlayıb
07 İYUL
192

Vikipediya üzrə təlimlər başlayıb

2018-07-07 21:56:00

 Azərbaycan mədəniyyətinin Açıq Ensiklopediyada təbliği məqsədi ilə Vikipediya üzrə təlimlərə start verilib.

Fins.az xəbər verir ki, hazırda “İrs – Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə mədəniyyət sahəsi üzrə fəaliyyət göstərən bir sıra müəssisələrin əməkdaşları üçün Vikipediyaya dair təlimlər keçirilir.

Təlimlərin əsas məqsədi Vikipediyanın Azərbaycan bölməsində Azərbaycanla bağlı yaradılmış məqalələrin təhlil edilməsi, təhrif olunmuş məlumatların müəyyən edilməsi, dezinformasiyaların adekvat redaktəsi yönündə tədbirlərin görülməsi, aktual mövzulara, tarixi faktlara, hadisələrə və milli-mədəni irsimizə dair tarixi və elmi mənbələrə istinad edilən yeni informativ məqalələr toplusunun yaradılmasına dəstək göstərməkdir.

Təlimlər Vikipediya Açıq Ensiklopediyası üzrə peşəkar mütəxəssislər tərəfindən hazırlanmış GLAM (GLAM - Galleries, Libraries, Archives, and Museums) şəbəkəsinə daxil olan müəssisələrin hər biri üçün xüsusi təlim proqramı əsasında təşkil olunur.

Eyni zamanda “İrs – Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzi” İctimai Birliyi tərəfindən təlim çərçivəsində keçirilən müsabiqədə qalib gələn iştirakçılar hədiyyələr və birliyin sertifikatı ilə təltif olunacaqlar. Təlimlərdə iştirak edən müəssisələrin mütəxəssisləri arasında müsabiqənin keçirilməsi onların vikipediyada fəaliyyətinə stimul verəcək və iştirakçılar arasında müəyyən rəqabət yaradacaq.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256