İKT

LG iki qatlanan smartfon hazırlayır
06 İYUL
90

LG iki qatlanan smartfon hazırlayır

2018-07-06 11:49:00

LG şirkəti ilk açılıb-bağlanan əyilən smartfon buraxmağı planlaşdırır.
Fins.az xəbər verir ki, bu günlərdə şəbəkədə LG şirkətinin açılıb-bağlanan smartfon tərtibatı ilə bağlı patenti yayılıb. 
Dərc edilən məlumata əsasən, cihaz adi adil mobil cihaz görüntüsündə olacaq. O, kitab kimi iki qatlana biləcək. Gözlənilir ki, bu cür konstruksiya bundan sonra da ekranın tamlılığını saxlamağa imkan verəcək. 
Əldə edilən məlumata görə, LG istehsalı olan açılıb-bağlanan smartfon diyircək mexanizmli olacaq, onun displeyi isə avtomatik sönəcək. Aparatın iki mikrofonu və iki səsgücləndiricisi olacaq. 
Qeyd edilir ki, bu cür cihazlara patent artıq bir neçə ildir “Samsung”, “Huawei” və “Motorola” şirkətlərində mövcuddur. Ancaq heç bir istehsalçı hələ də ilk açılıb-bağlanan smartfonun tərtibatı ilə bağlı gəzən şayiələri təsdiqləməyib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267