İKT

Azərbaycan Vyetnamla birgə İKT şirkəti yaradır
01 İYUL
209

Azərbaycan Vyetnamla birgə İKT şirkəti yaradır

2018-07-01 00:07:00

Azərbaycan və Vyetnam özəl informasiya kommunikasiya texnologiyaları (İKT) şirkətləri arasında ikitərəfli əməkdaşlığın təşviq olunması barədə razılıq əldə edib. Fins.az xəbər verir ki, bu barədə “Trend”ə hökumətdəki mənbə bildirib.

Agentliyin müsahibinin sözlərinə görə, söhbət əsasən qarşılıqlı investisiyaların artırılması və bu sahədə birgə şirkətlərin yaradılmasından gedir:

“Bundan başqa tərəflər birgə biznes forumlar təşkil etmək, hər iki ölkənin ərazilərində təşkil edilən İKT tədbirlərində qarşılıqlı iştirak etmək, Beynəlxalq Elektrik Rabitəsi İttifaqı və Dünya Poçt İttifaqı kimi beynəlxalq təşkilatlar çərçivəsində İKT sahəsində səmərəli əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər”.

Mənbə həmçinin bildirib ki, tərəflər nəqliyyat sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Bununla əlaqədar olaraq 2015-ci il 14 may tarixli “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi və Vyetnam Respublikası Nəqliyyat Nazirliyi arasında qarşılıqlı anlaşma memorandumu”nun icrasının təmin olunması üzrə birgə işçi qrupunun yaradılması haqqında razılıq əldə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9817
  • ₽ RUB
    0.0273