İKT

Bakcell media nümayəndələri üçün yarış təşkil edib
29 İYUN
212

Bakcell media nümayəndələri üçün yarış təşkil edib

2018-06-29 15:28:00

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti jurnalistlər arasında Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətiləatıcılıq üzrə yarış keçirib.

Bakı Atıcılıq Mərkəzində təşkil olunmuş bu yarışda ölkənin müxtəlif media resurslarını təmsil edən 50-dən artıq jurnalist iştirak edib. Yarışdan öncə media nümayəndələri üçün atıcılıq üzrə təlim keçirilib. Təlimdən sonra isə jurnalistlər öz istəklərinə uyğun olaraq qruplara ayrılaraq Stend atıcılığı və Güllə atıcılığı üzrə yarışlara qatılıblar.

Əyləncə və dostluqatmosferində keçirilmiş yarışın qaliblərinə “Bakcell”dən maraqlı hədiyyələr təqdim edilib.

Bakcell şirkəti mütəmadi olaraq Azərbaycanda fəaliyyət göstərən müxtəlif media resurslarının nümayəndələri üçün mobil telekommunikasiya, informasiya və kommunikasiya texnologiyaları və digər vacib mövzularda təlimlər keçirməklə bu sahənin inkişafına yönəlmiş layihələrə dəstək göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250