İKT

Samsung şirkəti Galaxy Note 9-un təqdimat tarixini elan etdi
28 İYUN
265

Samsung şirkəti Galaxy Note 9-un təqdimat tarixini elan etdi

2018-06-28 10:37:00

   Çoxlu sayda şayiə və məlumatların yayılmasından sonra Samsung şirkəti rəsmi olaraq Galaxy Note 9 flaqman modelinin təqdimat tarixini elan etdi. Təqdimat tarixinin elan olunması ilə birlikdə şirkət həmdə bununla bağlı kiçik tizer videosunu da təqdim edib. Videoda flaqman smartfonun əsas detalı əks olunub. Belə ki, sözügedən video istifadəçiyə S Pen stilusunu sərgiləyir. Bu aksessuar Galaxy Note  seriyasının fərqləndirici özəlliyidir. Videodan da görmək olar ki, stilus qeyri-adi qızılı rəngdə hazırlanıb.

Diqqətlə baxdıqda isə görmək olar ki, stilusun sonunda yerləşən düymə mavi rəngdədir. Artıq əvvəlcədən yayılmış məlumatlara əsasən Galaxy Note 9 keçən ilki modeldən xarici görünüşcə heç də fərqlənməyəcək. Güman olunur ki, smartfon Exynos 9810 / Snapdragon 845 prosessoru (satışa çıxacaq bazardan asılı olaraq), 6/8 GB RAM, 512 GB-a kimi daxili yaddaş həcmi və ikili arxa kamera ilə təchiz olunacaq. Smartfonda ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasını gözləməyə ehtiyac yoxdur. Beləliklə Galaxy Note 9 flaqman modeli 9 Avqust tarixində Nyu Yorkda təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250