İKT

“Xiaomi” yeni brendini qeydiyyata aldırdı – “POCOPHONE”
27 İYUN
205

“Xiaomi” yeni brendini qeydiyyata aldırdı – “POCOPHONE”

2018-06-27 15:28:00

“Redmi” və “Mi” brendi altında smartfon istehsalında ixtisaslaşmış “Xiaomi” şirkəti “Pocophone” adlanan yeni ticarət nişanını qeydiyyatdan keçirib. 
Fins.az xəbər verir ki, bu adda çıxarılacaq məhsulların dəqiq vaxtı hələlik məlum deyil. 
İnsayder məlumatlarına əsasən, Çin istehsalçısı Avropa İttifaqına bu ticarət nişanı altında qeydiyyatın alınması ilə bağlı müraciət edib. Çox güman ki, yeni brend adı altında istehsal ediləcək cihazlar Avropa bazarı üçün nəzərdə tutulub. Artıq məxfiləşdirilmiş bir ədəd aparat üzərində işlərə başlanılıb.
“M1805E10A” kod adı olan yenilik Tayvandakı NCC sertifikatlaşdırma bürosunun bazasında görüntülənib. Bu cihazın istehsal hüquqları “Xiaomi Communications Technology Co.” şirkətinə məxsusdur. Onun texniki xüsusiyyətləri məlum deyil. Ancaq cihazda dəqiq olaraq “BeiDou”, “GLONASS”, GPS, “FDD-LTE bands 3,7,8” olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273