İKT

İnstagrama çoxdan gözlənilən yenilik gəldi – VİDEOZƏNG
27 İYUN
185

İnstagrama çoxdan gözlənilən yenilik gəldi – VİDEOZƏNG

2018-06-27 12:28:00

"Instagram" sosial şəbəkəsi istifadəçiləri üçün yenilik edib.

Fins.az-ın məlumatına görə, şəbəkənin sonuncu yenilənməsində artıq görüntülü zənglər də etmək mümkün olacaq. Həmçinin, proqramda tematik kanallar və fotoşəkillər üçün yeni effektlər də mövcud olacaq. Videozəngdə eyni zamanda 4 nəfər iştirak edə bilər.

Qeyd olunur ki, istifadəçilər videoçatda olduğu zaman tətbiqdə digər funksiyalardan da istifadə edə bilərlər.

Şəkillərin və qısa videoların paylaşılması üçün "Instagram" tətbiqi 2010-cu ilin oktyabr ayında işə salınıb və ilk öncə yalnız "Apple" şirkətinin mobil qurğuları üçün nəzərdə tutulub. 2012-ci ilin aprelində servis "Android" platformasının istifadəçiləri üçün də əlçatan olub. Məhz o zaman, "Facebook" şirkəti "Instagram"ı 1 milyon dollara alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258