İKT

Yeni "iPhone"ların qiyməti necə olacaq?
27 İYUN
256

Yeni "iPhone"ların qiyməti necə olacaq?

2018-06-27 12:24:00

Analitiklər bu ilin sentyabr ayında təqdim olunacaq üç yeni "iPhone" modellərinin təxmini qiymətini açıqlayıblar. 

"Morgan Stanley" bankının analitiki Keti Xyubertinin sözlərinə görə, "iPhone"nun ən böyük 6,5 düymluq OLED displeyli modelinin qiyməti 999 dollardan başlayacaq.

5,8 düymluq ekranlı orta modelin qiyməti 100 dollar ucuz olacaq. Xyuberti qeyd edib ki, "Apple"in ən ucuz modelinin qiyməti isə 699-769 dollar təşkil edəcək.

Analitiklər həmçinin smartfonların qiymətlərinin 7,2 faiz artmasını da mümkün hesab edirlər. Belə olan halda modellərin qiymətləri 1099, 999 və 799 dollar təşkil edəcək.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258