İKT

"WhatsApp"da yeni funksiya
26 İYUN
1250

"WhatsApp"da yeni funksiya

2018-06-26 19:08:00

"WhatsApp" messenceri Android sahiblərinə digər istifadəçilər tərəfindən göndərilən şəkilləri gizlətməyə imkan verəcək.

Fins.az Trend-ə istinadən bildirir ki, yenilik v2.18.195 Android əlavələrinin beta versiyasında çıxıb.

Messencer istifadəçiləri telefonda göndərilən şəkillər, video və audio fayllar üçün "avtomatik saxla" funksiyasını söndürə biləcəklər.

Yeni funksiya həmçinin qrup çatlar üçün də istifadə oluna bilər. Bu, smartfonda yaddaşın həcmini qoruyacaq və gizlilik səviyyəsini artıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258